Xəbər lenti

Ermənistan Müdafiə Nazirliyi bu gün sərhəddəki təxribatlarla bağlı məlumat yayıb. Məlumata görə, Ermənistan tərəfindən bir nəfər ölüb, 8 nəfər isə yaralanıb.

Yaralılardan altısının vəziyyəti ağır, daha ikisinin vəziyyəti orta və yüngüldür.

Hərbi idarə bu gün həlak olan əsgərin adını da açıqlayıb. Bu, 19 yaşlı sıravi Vaqe Vaqarşakoviç Manaseryandır.
***
Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər istiqamətində erməni təxribatı ara vermir.Bir az öncə Azərbaycan Müdafiə Nazirliyi vəziyyətlə bağlı məlumat yaymışdı.

Ermənistan mediasının məlumatına görə, düşmən ordunun bir hərbçisi məhv edilib, daha bir neçə nəfər yaralı var. Ermənistan Müdafiə Nazirliyi yaralıların sayını dəqiqləşdirir. Bu barədə erməni mediası xəbərlər yayıb.

azpolitika.info


Ana səhifəyə qayıt        Baxış: 3 297          Tarix: 10-12-2021, 21:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma