Xəbər lenti

Türkiyə Gürcüstanın Müdafiə Qüvvələrinə xüsusi texnika təqdim edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.

11 ədəd təchizat maşını, iki ədəd mikrovatobus, iki ədəd traktor və digər müxtəlif texniki vasitələrdən Marneuli aerodromunun maddi-texniki imkanlarının yaxşılaşdırılması üçün istifadə olunacaq.

Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze xüsusi texnikaya baxış keçirib və onların imkanları ilə tanış olub. O, logistik avadanlıqların təqdim olunmasına görə Türkiyə səfiri Fatma Ceren Yazqana təşəkkür edib.

Xüsusi texnika Türkiyə və Gürcüstan hökumətləri arasında hərbi maliyyə əməkdaşlığına dair imzalanmış saziş çərçivəsində təhvil verilib.



Ana səhifəyə qayıt        Baxış: 2 975          Tarix: 29-01-2022, 11:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma