Xəbər lenti

 
Bəzi informasiya saytlarında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin guya səhhətində problemlərin yaranması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
 
Ovqat.com xəbər verir ki, açıqlamanı AMEA Rəyasət Heyəti yayıb. 
 
AMEA Rəyasət Heyətinin Mətbuat xidməti bildirib ki, yayılan məlumatlar tamamilə yalandır və akademik Ramiz Mehdiyev hazırda işinin başındadır. 
 
Media nümayəndələrini peşəkar jurnalistika prinsiplərinə və etik normalara riayət etməyə, dəqiqləşdirilməmiş məlumatları yaymaqdan çəkinməyə çağırırıq.
 
Qeyd edək ki, Ramiz Mehdiyevin səhhətinin pisləşməsi xəbərini Ovqat.com yaymışdı. Sevinirik ki, bu məlumatımız təsdiq olunmadı. Azərbaycan hüquq sisteminin namusundakı ləkənin təmizlənməsi üçün cənab “Baş” akademikin barəsində irəli sürülən ittihamlarla əlaqədar məhkəmə qarşısında cavab verməsinin lazımlılığına inanırıq. Bunun üçün isə Ramiz müəllim buz baltası kimi sağlam olmalı və müttəhimlər kürsüsündə oturmalıdır. Hüququn namusu naminə Allah onu hifz etsin.
 


Ana səhifəyə qayıt        Baxış: 4 715          Tarix: 4-02-2022, 20:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma