
Xəbər lenti
Dünən, 23:55
Dünən, 21:18
Dünən, 18:46
Dünən, 18:19
Dünən, 17:18
Dünən, 15:27
Dünən, 13:41
Dünən, 12:26
Dünən, 11:49
Dünən, 09:57
21-02-2025, 22:58
21-02-2025, 21:30
21-02-2025, 20:27
21-02-2025, 20:01
21-02-2025, 20:00
21-02-2025, 19:44
21-02-2025, 18:11

Bu günlərdə universitetlər üzrə dünyanın ən məşhur reytinq qurumu olan Vebometric 2021-ci ilin ikinci yarımili üçün 32 minə yaxın dünya universitetlərinin reytinq cədvəlini və ümumi hesabatını dərc etmişdir. Bu qurum baçqa çoxsaylı reytinq təşkilatları ilə müqayisədə bir çox üstünlüklərə malikdir. Belə ki, mənim fikrimcə nə QS, nə Timer higher Education, nə Şanxay qrupu, nə də Ərəb qrupu tam obyektiv informasiya vermək iqtidarında deyil. Çünki, birinci bu şirkətlərin maddi maragı var, ikincisi bütün universitetləri əhatə etmir, üçüncü, məlumatlar tam olmaya bilər. Amma süni intellekt bazasında işləyən və dünyanın bütün universitetlərinin məlumatları əsasında təhlil aparan webometric reytinq saytí (//www.webometrics.info) heç kimdən asılı olmayan təhlil aparır və ildə iki dəfə hesabat dərc edir. Bundan əvvəlki nəticə iyul 2021-ci ildə dərc olunub, yanvar ayında növbəti publikasiya oldu.
Bu reytinq cədvəlinə görə dünyada fəaliyyət göstərən 32 minə yaxın universitet içərisində ilk yeri tutan Bakı Dövlət universitetidir (birinci dört minlik içərisində -3173, bes minlikdə yer alan ikinci UNEC -4231, üçüncü ADA-4283 və s. Doğrudur, son illərdə pandemiya ilə əlaqədar təhsilin virtuala daşınması universitetləri xeyli irəli atdı, məsələn, BMU 5 min universiteti, arxada qoydu, UNEC və ADA 1500, Xəzər həmçinin. Amma tədrisin yenidən dədə baba üsuluna göndərilməsi inkişafın xeyli qarşısını alacağını, olduqca böyük zərər verəcəyini proqnozlaşdırmışdım. Texnologiyanı, elmi necə inkar etmək olar? Rəqəmsallaşma şəraitində proqramsız heç bir iş görmək olmur. Bütün texnologiyalar proqram təminatı ilə işləməlidir. Virtuala daxil oldunsa, demək, proqram təminatı ilə işləməlisən. Deməli, bunların öyrədilməsi də virtualda olmalıdır. Hazırkı universitet auditoriyalarını proqram təminatlı texnologiya ilə təmin etmək reallıqdan çox uzaqdır. Yazı taxtasında mürəkkəb kodları, veb adresləri, kod sxemlərini cəkmək bütöv dərsin vaxtını apara bilər. Sadə bir Facebook linkini və ya bir dil kodlaşmasının əllə köçürülməsi bir qoşa saat vaxt apara bilər, amma virtualda bir neçə saniyə vaxt aparır. Pandemiya vaxtı universitetlər bir addım irəli getdisə, postpandemiya dövrü iki addım geri atıldı, real olaraq 40-50 il geriyə qayıdası olduq. 45 il əvvəl bizə -maliyyə ixtisaslarına geniş çapda proqramlaşma dərsi öyrədirdilər.
O vaxtın bazası ilə bu gün rahat proqramla işləyə bilirik. İndi, hər texnologiyanın proqram təminatı ilə işlədiyi bir vaxtda, proqramlaşma dərsi bütün ixtisaslardan çıxarılıb. Rəqəmsallaşmanın həyatımıza daxil etdiyi 20-dən çox yeni elmlərin heç biri (Data sayəns, Biq data, Maliyyə mühəndisliyi, maliyyə texnologiyaları, Koqnitiv sayəns, süni intellekt, maşin lörning, dip lörning, İoT və s.), Azərbaycan universitetlərində tədris olunmur, mütəxəssislər hazırlanmır, təbii ki, belə olan halda öz töhvəsini verə bilmir. Dünya universitetlərində bu elmlər üzrə 10-25 ildir ki, mütəxəssislər hazırlanır, istehsalatda tətbiq olunur. Gəlirlər trilyon dollarla ölçülür.
Vebometrikin hesabatına görə yeni hesabata görə ilkin yeri – 3171-ci yeri tutan BDU cəmi 6 aydan sonra 147 pillə geriləyərək 3318-ci yerə düşdü, ADA 4282-ci yerdən 4695-ci yerə endi. UNEC və Xəzər azacıq irəliləmişdi. (bax cədvələ). İnkişafı davam etdirən BMU 10354-cü yerdən 7418-ci yerə qalxmışdı. Bu ərəfədə ikinci ciddi uğur əldə edən Azərbaycan Texniki universiteti olmuşdur: 8359-cu yerdən 6256-cı yerə qalxmışdır. Bu hesabat isə yanvar 2022-ci ildə dərc olunmuşdur.
Bununla bərabər qəbul etməliyik ki, belə təhsil sistemi Azərbaycan prezidentinin qarşıya qoyduğu əsas məqsədə çatmaq üçün qətiyyən yetərli deyil. Azərbaycanın təhsili ağır süni xəstəliyə düçar olmuşdur, cardinal dəyişiklik edilməli və təhsil və elm ayağı üstə qoyulmalıdır. Qarşısına inkişaf etmiş ölkəyə çevrilmək kimi böyük məqsəd qoyan bir məmləkətin heç olmasa bir universiteti top yüzlüyə düşməlidir. İndi isə ilk yerimiz 4 minliyin içərisindədir. Bu göstərici üzrə keçmiş Sovet ölkələri (Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan istisna olmaqla), Cənubi Azərbaycan, Türkiyə universitetlərindən (hətta Gürcüstan və Ermənistandan) çox geri qalırıq. Ümumiyyətlə, dünya miqyasında azərbaycanlıların universitetləri içərisində birinci minliyə düşən yalnız Təbriz tibb universiteti və Şiraz (Qaşqay türklərinin) universitetidi.Bir az əvvəl də yazmışdım, budur Ramiz Mehdiyevin elm və təhsil strateqiyasının son nəticəsi, indi isə birbaşa elmin taleyi bu adama tapşırılmışdır.
Ölkənin 48 universiteti içərisində son beşinci yeri tutan Universitetlər Mingəçevir politexnik institutu, Naxşıvan dövlət universiteti, Xeroqrafiya akademiyası, Naxşıvan müəllimlər institute və Bakı qızlar universiteti dünyanın ən geridə qalmış universitetləri sırasındadır.
Xəstənin diaqnozunu gizlətmək böyük fəlakətlərə yol açır, diaqnoz qoyulan kimi dərhal hərəkətə keçmək, müalicə etmək lazımdır. Təhsil və elm ordudan da vacibdir. Əgər bu xalq sıfırdan super modern, rəqəmsal bir ordu qura bildisə və dünyaya səs salan möhtəşəm qələbə qazandıra bildisə, zəngin təcrübəyə malik orta təhsil sistemindən daha qüdrətli təhsil də qura bilər.
Dərin hörmətlə, i.e.d., prof, Saleh Məmmədov
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər