
Xəbər lenti
Bu gün, 18:28
Bu gün, 17:31
Bu gün, 13:13
Bu gün, 11:24
Dünən, 23:55
Dünən, 21:18
Dünən, 18:46
Dünən, 18:19
Dünən, 17:18
Dünən, 15:27
Dünən, 13:41
Dünən, 12:26
Dünən, 11:49
Dünən, 09:57

"Kreml Şərqi Avropada hücum raketləri və zərbə qüvvələrinin yerləşdirilməməsi məsələsində Qərblə razılığa gələ bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Moskvada Prezident Vladimir Putinlə Almaniya Kansleri Olaf Şults arasında görüşdən sonra keçirilən brifinqdə Rusiya liderinin Qərblə müəyyən məsələlərdə razılığa gəlməyə hazır olduğunu dilə gətirməsinə münasibət bildirərkən deyib:
"Rusiyanın öz təhlükəsizliyilə bağlı irəli sürdüyü tələblərin bir hissəsini ABŞ-ın Dövlət Departamenti bir müddət əvvəl göndərdiyi cavab məktubunda müsbət qiymətləndirmişdi. Məsələn, Rusiyanın Avropada kiçik və orta mənzilli raketlərin yerləşdirilməməsi təklifini Ağ Ev ümumən müsbət qarşılayıb. Habelə, cavab məktubundan göründüyü kimi, NATO üzvü olan Şərqi Avropa ölkələrində zərbə qüvvələrinin yerləşdirilməməsinə də Vaşinqton normal yanaşır. Həmçinin, böyük miqyaslı hərbi təlimlər keçirilərsə, öncədən qarşı tərəf xəbərdar edilməlidir. Bu kimi məsələlərə Qərb razılığını bildirib. Putin görüşdə Olaf Şoltsa ölkəsinin bəzi məsələlərdə razılığa gələ biləcəyini deməklə böyük ehtimalla məhz yuraxıda qeyd etdiyim məsələləri nəzərdə tutub”.
Politoloq qeyd edir ki, problemin qaynaqlandığı digər məsələlərdə isə tərəflər arasında hər hansı bir yaxınlaşma gözlənilmir:
"Qərb yalnız bir məsələdə Moskvanın tələbinə qarşı idi. Belə ki, Rusiya özünün razılığı olmadan NATO-ya yeni üzvlərin qəbul edilməsinə qarşı çıxır. Yəni çalışırdı ki, bu məsələdə Moskva "veto” hüququna malik olsun. NATO isə bu tələbin qurumun prinsiplərinə uyğun gəlmədiyini və yolverilməz olduğunu bəyan etdi. Narazılıq bu məsələ ətrafındadır. Bütün hallarda Rusiyanın Ukraynaya hücum edəcəyi gözlənilmir. Çünki bu halda Qərbin sərt cəza tədbirlərilə üz-üzə qalacaq. Ən sərt cəza tədbiri isə dövlətlərarası valyuta köçürmələrinin Rusiya üçün qadağan edilməsi deyil. Onun üçün ən təhlükəlisi rusiyalı milyarderlərin Qərb banklarında yerləşdirdiyi kapital və əmlaklarının müsadirəsidir. Bu, baş versə, əminəm ki, rus milyarderləri özləri şəxsən gəlib Putini qovacaqlar”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər