Xəbər lenti
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
Rusiya qarşıdakı aylarda ödəmə qabiliyyətini itirmək riski altındadır. Bu isə ölkənin defoltu ilə nəticələnə bilər.
Ovqat.com-un məlumatına görə, bu proqnozu Amerikanın “Morgan Stanley” maliyyə korporasiyası irəli sürüb.
“Morgan Stanley”in analitiklərinin proqnozlarına istinadən «Bloomberg» yazır ki, defolt aprelin 15-də baş verə bilər.
«Morgan Stanley»in analitikləri hesab edir ki, Ukraynanın işğalından sonra istiqraz qiymətlərinin düşməsi, ölkədə yaxınlaşan tənəzzül və müxtəlif ödəniş məhdudiyyətləri Rusiyanın xarici borcunu ödəmək şansını azaldır.
Qurumun inkişaf etməkdə olan bazarların suveren kredit strategiyası şöbəsinin həmsədri Simon Uaver bazar ertəsi günü açıqladığı hesabatda «Biz defoltun ən çox ehtimal edilən ssenari olduğunu düşünürük», - deyib.
«Morgan Stanley» hesab edir ki, Rusiya Venesueladakına bənzər defoltla üzləşəcək.
Proqnoza inansaq, Rusiya hökumətinin ödəmə müddəti 2023 və 2043-cü illərdə bitən dollar istiqrazları üzrə ödəməli olduğu kupon ödənişləri üzrə 30 günlük güzəşt müddəti aprelin 15-də tamamlanır. Rusiya isə həmin vaxt öz xarici borcunu ödəyə bilməyəcək. İstiqrazların ödənilməməsi Rusiyanın ABŞ və müttəfiqlərinin tətbiq etdiyi sanksiyalara görə xarici kreditorlara ödəniş etmək istəməməsi fonunda baş verə bilər.
«Morgan Stanley»-in fikrincə, ABŞ banklarının Rusiya Xəzinədarlığından kupon ödənişlərini qəbul edib-etməyəcəyi ilə bağlı qeyri-müəyyənlik var. Rusiya Maliyyə Nazirliyinin bəzi açıqlamaları da bu ehtimalı təsdiqləyir. «Xarici investorlara ödənişlər Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan və müvafiq lisenziya və icazələrlə müəyyən edilmiş istisnalardan» asılı olacaq», - Nazirlik bildirmişdi.
Xatırladaq ki, keçən həftə dünyanın bütün aparıcı reytinq agentlikləri Rusiyanın xarici valyutada uzunmüddətli suveren reytinqini ən aşağı səviyyəyə endirmşdi: S&P - BB+-dan CCC- (4 mart), Moody's - Baa3-dən B3-ə (3 mart), Fitch - ВОВ-dan B-yə (3 mart). Bu səviyyələr defolt durumundan bir pillə yuxarıdır və bəzi çevrələrdə «zibil səviyyəsi» adlanır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar