Xəbər lenti

 

ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) pul bazarında sabitlik yaratmaq üçün dövlət istiqrazlarını geri almaqda davam etsə, bu, dolların digər xarici valyutalar qarşısında məzənnəsini ən aşağı həddə salar. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu proqnozla ölkənin maliyyə konqlemeratı - "Morgan Stanley"nin meneceri Hans Redeker çıxış edib. 

Onun sözlərinə görə, söhbət təxminən 250 milyard dollarlıq alışdan gedir ki, bu da son nəticədə dollar indeksini bu ilin sonuna qədər 95 bəndə, gələn ilin sonuna qədər isə 91 bəndə endirə bilər. Hazırda sözügedən göstərici 99-100 bənd arasındadır. 

Ekspertin fikrincə, FED həyata keçirdiyi pul siyasətinin məqsədlərinə çatmaq üçün dövriyyədə olan pul kütləsini 1,5 trilyon dollara çatdırmalıdır. 




Ana səhifəyə qayıt        Baxış: 425          Tarix: 27-09-2019, 15:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma