
Xəbər lenti
Bu gün, 13:05
Bu gün, 11:06
Bu gün, 10:39
Dünən, 23:45
Dünən, 21:59
Dünən, 20:32
Dünən, 19:08
Dünən, 14:41
Dünən, 09:11
12-08-2025, 22:48

Xəbər verdiyimiz kimi, Bakıda "Location” gecə klubunda baş vermiş partlayışa görə üç nəfər həbs olunub. Bunlar iaşə obyektini icarəyə götürmüş "Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulov, həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərov və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədovdur.
"Qafqazinfo”-nun məlumatına görə, hazırda 711 manat vergi borcu olan "Merser food”un əvvəllər qanuni təmsilçisi Umudov Qulu Adəm oğlu olub. Lakin şirkət sonradan əl dəyişdirib. Hazırda MMC-nin qanuni təmsilçisi Kərimli Nurlan Mahir oğludur.
Şirkət dövlət qeydiyyatına 2018-ci ilin sentyabrında alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi ev 65, mənzil 61 göstərilib.
Nurlan Kərimlinin adına daha bir şirkət də var ki, bu da "Merser” ASC-dir. Dövlət qeydiyyatına 2017-ci ildə alınan şirkətin nizamnamə kapitalı 4 min manatdır. Bu şirkətin hüquqi ünvanı isə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Aşıq Pəri (Ərəblinka), ev 16 B-dir. Maraqlıdır ki, bu ünvanda daha bir şirkət qeydiyyatdan keçib. Söhbət "Merser Trade” MMC-dən gedir. 2017-ci ildə dövlət qeydiyyatına alınan şirkətin nizamnamə kapitalı 10 manat göstərilib. Şirkətin qanuni təmsilçisi isə Yusubov İsrail Arzu oğludur.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar