Xəbər lenti

 
Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Mirzoyanla Bayramov arasında bu gün baş tutan telefon danışığını yüksək qiymətləndirib.
 
Ovqat.com xəbər verir ki, T.Klaar mövzu ilə əlaqədar yayımladığı Twitter paylaşımında bildirib:
 
Ötən həftə Brüsseldə keçirilən görüşdən sonra mühüm hadisə. Aİ birbaşa təmasları və qarşılıqlı fəaliyyətləri dəstəkləyir”.
 
Qeyd edək ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan ilə telefon danışığı bu gün - 11 aprel 2022-ci il tarixində baş tutub. 
 
Tərəflər, iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq, gələcək sülh sazişinin hazırlanması üzrə iş, Birgə Sərhəd Komissiyasının təşkili, habelə humanitar məsələlər üzrə fikir mübadiləsi aparıblar. 


 
Telefon danışığından dərhal sonra isə Klaar sözügedən paylaşımını yayımlayıb. Onun paylaşımında ən diqqət çəkən məkam isə Avropa İttifaqının “birbaşa təmasları və qarşılıqlı fəaliyyətləri dəstəklədiyini” bildirməsidir. Bu isə o deməkdir k, Avropa Bakı və İrəvanın Rusiyasız dialoqunu arzulayır və tərəflər də həmin istiqmətdə “mühüm” addımlar atırlar.
 


Ana səhifəyə qayıt        Baxış: 6 034          Tarix: 11-04-2022, 21:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma