Xəbər lenti
Bu gün, 12:54
Bu gün, 10:34
Bu gün, 01:13
Dünən, 21:32
Dünən, 20:23
Dünən, 16:09
Dünən, 14:34
Dünən, 13:30
Dünən, 12:06
Dünən, 10:36
15-11-2024, 23:31
15-11-2024, 22:46
15-11-2024, 20:41
15-11-2024, 19:51
15-11-2024, 18:37
15-11-2024, 17:30
15-11-2024, 16:26
15-11-2024, 15:41
15-11-2024, 14:14
Kanada Ukrayna Silahlı Qüvvələrinə “M777” haubitsaları verib.
Ovqat.com-un məlumatına görə, Kanadanın Müdafiə naziri Anita Anand tviter səhifəsində bu barədə yazıb.
Kanadanın bu savaşda “Ukraynanın tərəfində” olduğunu xatırladan nazir bildirib ki, rəsmi Ottava Kiyevə “M777” haubitsaları və müvafiq hərbi sursatlar göndərib. Nazirin paylaşımında göndərilən haubitsaların sayı açıqlanmasa da, CBC öz mənbələrinə istinadən bildirib ki, onların sayı 4 ədəddir.
Artilleriya qurğularının Əfqanıstan müharibəsi zamanı alınıb Kanada Ordusunun arsenalına əlavə edildiyi bildirilir. Məlumata görə, Kanadanın ümumilikdə 37 belə haubitsası var, onların tədricən Ukraynaya göndəriləcəyi təxmin olunur.
Bundan əlavə, Kanada Ukraynaya “Carl Gustaf” tankəleyhinə qumbaraatanlar və onların sursatlarını da verib. Kanadanın göndərdiyi hərbi sursatlar arasında diqqəti ən çox cəlb edən “Excalibur” mərmiləridir. ABŞ istehsalı olan bu mərmilər həm dəqiq vurma, həm də daha uzağa getmə qabiliyyətinə malikdir. “Raytheon” şirkəti tərəfindən hazırlanan “Excalibur” artilleriya mərmiləri bu il yanvar ayında keçirilən sınaq zamanı 46 kilometrdən uzağa uçmuşdu. Bu isə artilleriya silahları üçün rekord göstəricidir.
Düzdür, həmin sınaq Fransanın “Nexter” şirkəti tərəfindən istehsal edilən 155 mm-lik “Caesar” özüyeriyən artilleriya qurğusu ilə həyata keçirilmişdi. Bu mərmilərin M-777 haubitsa ilə eyni məsafəyə uçub uçmayacağı hələ ki bəlli deyil. M-777 haubitsaları ilə indiyədək atılan “ağıllı” “Excalibur”ların GPS “rəhbərliyi” ilə 36 km. uzaqlıqdakı hədəfləri vurduğu bilinir. Yəqin ki, mərmilərin 40 km.-dən uzaq mənzilli məsafələri göyə sovurub-sovurmadığı Ukrayna savaşında rus hərbi texnikalarının üzərində sınaqdan çıxarıla biləcək.
GPS-yə naviqatorlu “ağıllı” “Excalibur”ların hədəfdən yayınma payı yox deyiləcək qədər azdır. Onların vuruş qabiliyyətləri aşağıdakı videoda da əks olunub.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar