Xəbər lenti

Kanada hökuməti 2019-ci il martın sonunadək Ukraynaya təxminən 7,2 mln. dollarlıq hərbi yardım ayırmaq niyyətindədir.

“Report”un RT-ya istinadən verdiyi məlumata görə, bu barədə Kanadanın milli müdafiə naziri Harcit Sacan bildirib.

“Ukraynaya hərtərəfli dəstək proqramı çərçivəsində Kanada Ukrayna Silahlı Qüvvələrinə artıq 16 milyon dollarlıq hərbi avadanlıq ayırıb, daha 7,25 milyon dollarlıq ləvazimat isə 2019-ci il martın sonunadək ölkəyə gətiriləcək”, – “Ukrinform” onun sözlərini sitat gətirir.

 




Ana səhifəyə qayıt        Baxış: 478          Tarix: 28-07-2018, 16:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma