Xəbər lenti
Bu gün, 14:18
Bu gün, 13:53
Bu gün, 11:19
Bu gün, 10:14
Bu gün, 09:24
Dünən, 17:12
Dünən, 16:00
Dünən, 14:26
Dünən, 11:22
Dünən, 11:00
27-11-2024, 23:37
27-11-2024, 21:44
“Ukraynadakı müharibə aylarla, hətta illərlə davam edə bilər”.
Ovqat.com CNN-ə istinadən xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə çıxışı zamanı belə deyib.
Stoltenberq çıxışında Alyansın uzun müddət davam edə biləcək müharibədə Rusiyanın işğalına qarşı Ukraynaya dəstəyini davam etdirəcəyini bildirərək deyib: “Ukraynada vəziyyət çox gözlənilməz və qeyri-sabitdir. Biz uzun müddətli müharibələrə hazır olmalıyıq. Bu müharibənin uzanması və aylarla, hətta illərlə davam etməsi ehtimalı istisna edilmir”.
NATO Baş katibi Ukraynanın işğalı davam etdiyi müddətcə Alyansın Rusiya prezidenti Putinə sanksiyalar tətbiq etməklə, maksimum təzyiq göstərməyə davam edəcəyini vurğulayıb: “Biz həmçinin Ukraynaya iqtisadi, eləcə də hərbi dəstək verməklə çalışacağıq ki, Putin müharibəni dayandırsın”.
Stoltenberqin bu bədbin proqnozu Ukraynada da ciddi narahatlığa yol açıb. Rusiya Federasiyası ilə danışıqlar qrupunun rəhbəri David Araxamia müharibənin nə zaman bitəcəyi ilə bağlı suala cavab verərək bildirib ki, hazırda Ukraynada bununla bağlı müxtəlif variantlara uyğunlaşma planları hazırlanır. David Araxamiya da müharibənin uzun sürəcəyi ehtimalını real sayır. Onun sözlərinə görə, dünya təcrübəsi göstərir ki, bir neçə həftə və ya ay ərzində bitən müharibələr az olub.
"Biz riskləri və ola biləcək ssenariləri nəzərə almalıyıq. Bununla belə, biz Ukrayna Silahlı Qüvvələrinin qələbəsinə inanırıq və düşməni yaxın gələcəkdə qovmağa nail olacağıq", - deyə Ukrayna Ali Radasının deputatı bildirib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar