
Xəbər lenti
Bu gün, 11:53
Dünən, 18:17
Dünən, 10:05
Dünən, 09:34
23-02-2025, 23:10
23-02-2025, 22:48
23-02-2025, 21:25
23-02-2025, 20:17
23-02-2025, 19:15
23-02-2025, 18:28
23-02-2025, 17:31

Qırğızıstanda və Türkmənistanda Rusiyanın bir sıra böyük televiziya kanalları efirdən çıxarılıb. Beynəlxalq peyk provayderləri Ukraynaya əsassız hücumla bağlı Rusiyaya sanksiyalar çərçivəsində siqnalın ötürülməsini dayandırıblar.
Türkmənistanın ən böyük kommunikasiya operatoru – Aşqabad Şəhər Telefon Şəbəkəsi (ASTU) həftəsonu bildirib ki, Rusiya Müdafiə Nazirliyinin telekanalı olan “Zvezda”nın və “Rossiya 1”-in yayımını bərpa etməyə çalışır.
Ölkədə Rusiyanın digər telekanalları göstərir. Bu ölkədə Rusiya telekanalları kabel və IP-televiziya ilə yayımlanır.
Provayder kanalların ehtiyat yayımı üzərində işlədiyini bildirib.
Xatırladaq ki, bir sıra ölkələr Rusiyanın Dövlət Televiziya və Radio Korporasiyasına (VGTRK) qarşı sanksiyalar elan edib, bu media holdinqinin Rusiyanın Ukraynaya qarşı əsassız müharibəsini, Kremlin münaqişəylə bağlı mövqeyinin əsaslandırılmasında böyük rol oynadığı bildirilib.
“AzPolitika.info”
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər