Xəbər lenti
Bu gün, 10:20
Bu gün, 09:35
Dünən, 23:09
Dünən, 22:48
Dünən, 21:50
Dünən, 17:30
Dünən, 16:18
Dünən, 09:49
2-12-2024, 23:34
2-12-2024, 22:50
2-12-2024, 22:12
2-12-2024, 21:48
“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi Polşa çempionu “Lex” oldu.
Oxu.Az-ın xəbərinə görə, bu komanda Azərbaycana çox tanışdır.
Belə ki, Azərbaycan klubları indiyədək Poznan klubuna dörd dəfə püşkdə rəqib olub. İndiyədək “Karvan” (Yevlax), “Xəzər Lənkəran” (iki dəfə) və “İnter” (indiki “Şamaxı”) “Lex”lə qarşılaşıb.
Bu səkkiz matçda komandalarımız cəmi bir dəfə qələbə qazanıb, bir heç-heçə edib və altı dəfə məğlubiyyət alıb. Heç bir halda komandalarımız mərhələ adlamağı bacarmayıb.
2005/2006
İntertoto Kuboku
I təsnifat mərhələsi
“Karvan” (Yevlax) – “Lex” (1:2, 0:2)
2008/2009
UEFA Kuboku
I təsnifat mərhələsi
“Xəzər Lənkəran” – “Lex” (0:1, 1:4)
2010/2011
UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi
“İnter” – “Lex” (0:1, 1:0; penaltilər – 8:9)
2012/2013
UEFA Avropa Liqası
II təsnifat mərhələsi
“Xəzər Lənkəran” – “Lex” (1:1, 0:1)
Onu da qeyd edək ki, “Qarabağ” Polşa klublarına heç vaxt uduzmayıb. Bunadək komandamız üç dəfə bu ölkənin klubları ilə avrokuboklarda rəqib olub. Dörd dəfə “Qarabağ” qalib gəlibsə, bir matçda heç-heçə qeydə alınıb.
2010/2011
UEFA Avropa Liqası
III təsnifat mərhələsi
“Qarabağ” – “Visla” (1:0, 3:2)
2013/2014
UEFA Avropa Liqası
II təsnifat mərhələsi
“Qarabağ” – “Pyast” (2:2, 2:1)
2020/2021
UEFA Avropa Liqası
Pley-off mərhələsi
“Qarabağ” – “Legiya” (3:0, pandemiyaya görə cavab oyunu keçirilməyib)
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Video
Ən çox oxunanlar