Xəbər lenti

 

Yaponiyanın Naqano şəhərində rəsm çəkə bilən böcək görənləri təəccüb içində qoyub.

Ovqat.com xəbər verir ki, Spayk adlı böcək maral buynuzuna bənzəyən qısqacları ilə qələmləri tutaraq şəkil çəkir.

Böcəyin sahibi Mandi Bryant Spaykı "şirin və maraqlı" adlandıraraq onun çox özəl bir həşərat olduğunu deyib.

Dostlarına maraqlı fotolar göndərmək üçün böcəyinə qələm verib şəkil çəkdirən Mandi bir müddət sonra özü də böcəyinin çəkdiyi miniatür rəsmlərə baxaraq təəccübləndiyini deyib.

Spaykın çəkdiyi rəsmləri 130 dollardan başlayan qiymətlərlə auksiona qoymağa qərar verən Mandi əldə etdiyi gəlirin bir hissəsini mərkəzi İngiltərədə yerləşən maral böcəklərini mühafizə komandasına bağışlayacağını bildirib.
Qeyd edək ki, dünyada olduqca bahalı və dəyərli böcək kimi tanınan maral böcəkləri bütün böcəklərin kralı hesab edilir. 15-20 sm uzunluğunda bir maral böcəyinin qiyməti 100 000 dollara qədər yüksəlir. (publika.az)




Ana səhifəyə qayıt        Baxış: 1 671          Tarix: 17-07-2017, 23:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma