Xəbər lenti

Rusiya sülhməramlılarına məxsus avtomobillər həmişəki kimi, bu gün də Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil olunan aksiya ərazisindən sərbəst keçirlər.

Axar.az xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus 3 təminat avtomobilinin Laçından Xankəndi istiqamətində hərəkətinə şərait yaradılıb. Həmin avtomobillərdə olan 20-si yeniyetmə, 26 erməni Xankəndiyə keçib. Onlar Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyadan əvvəl idman yarışında iştirak etmək üçün Ermənistana gedibmişlər.

Bu, bir daha onu göstərir ki, ərazidə hərəkətin sərbəstliyi mütəmadi təmin olunur. Aksiya heç də siyasi xarakter daşımır, humanitar məqsədlərə xidmət edir.

Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.




Ana səhifəyə qayıt        Baxış: 3 194          Tarix: 17-01-2023, 23:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma