Xəbər lenti

"Çox istərdim ki, Azərbaycan və Türkiyə liqaları bir olsun, ortaq çempionat keçirilsin".

Modern.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.

O, stadiondakı möhtəşəm atmosferə görə azarkeşlərə təşəkkür edib: "Təşkilatçılara minnətdarlığımı bildirirəm. Oyundan çox razı qaldım. Məncə, baxımlı qarşılaşma oldu. Çoxlu qol epizodları var idi. Belə oyunlar futbola sevgini daha da çoxaldır və bizə böyük təcrübə verir. İşimizə görə çox şey qazandıq. Oyunun mahiyyətini bilirik. Yardım məqsədi ilə keçirirdik. "Qalatasaray" uğurlar arzulayıram. Çox yaxşı kollektivdir, çempionatda liderdirlər".




Ana səhifəyə qayıt        Baxış: 5 175          Tarix: 26-03-2023, 23:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma