Xəbər lenti

“Ulu öndərimizin “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz his­səsi olan Naxçıvan haqqında planlarım yerinə yetirilsin” – arzusunu yerinə yetirən ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvana xüsusi diqqət yetirir, regionun inkişafı üçün mühüm tədbirlər həyata keçirir. 2003-cü ildən ötən dövr ərzində Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Naxçıvanda böyük quruculuq proqramı gerçəkləşdirilib, təhsil, səhiyyə, mədəniyyət müəssisələri üçün yüzlərlə bina tikilib, yeni yollar çəkilib, istehsal və xidmət sahələri, elektrik stansiyaları yaradılıb, muxtar respublika 100 faiz qazlaşdırılıb”.

TNS xəbər verir ki, bu fikirlər Naxçıvan Muxtar Respublikası Baş nazirinin sabiq müavini Təranə Quliyevanın bu gün müxtəlif mətbuat orqanlarında dərc edilən “Naxçıvanlılar Heydər Əliyevi, ulu öndər isə Naxçıvanı qorumuşdu...” adlı məqaləsində yer alıb. (Həmin məqaləni bu linkdən oxuya bilərsiniz).

Təranə Quliyeva bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da Naxçıvanı diqqətdən kənarda qoymayıb: “Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəblər” layihəsi çərçivəsində Naxçıvanda da onlarla məktəb tikilib, muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqlar üçün mərkəz yaradılıb, elm, təhsil və mədəniyyət işçilərinə yüksək diqqət və qayğı göstərilib, onların problemlərinin həlli istiqmətində tədbirlər görülüb”.

“Təəssüf ki, şəxsi ambisiyasının qurbanına çevrilən, göstərilən etimadı sona qədər doğrultmayan bəzi adamlar Naxçıvanda görülən işləri öz adlarına çıxmağa çalışırdılar. Amma bir atalar sözündə deyildiyi kimi: “Elin gözü tərəzidir”. Xalqımız hər şeyi görür. Naxçıvanlılar bilir ki, muxtar reaspublikada görülən bütün işlər, həyata keçirilən quruculuq tədbirləri Prezident İlham Əliyevin bu bölgəyə yüksək diqqət qayğısının, ulu öndərimizin arzularının reallaşdırılması istiqamətində apardığı işin nəticəsidir. Naxçıvan əhalisi əmindir ki, yeni dünyanın güclü lideri, görkəmli dövlət xadimi İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Naxçıvan bundan sonra daha sürətlə inkişaf edəcək, Zəngəzur dəhlizinin açılması ilə region blokadadan çıxacaq və muxtar respublika dünyanın logistik mərkəzlərindən birinə çevriləcəkdir. Yəni, Naxçıvanı qarşıda daha xoş günlər gözləyir”, - Təranə Quliyeva qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 3 942          Tarix: 12-04-2023, 11:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma