Xəbər lenti

Baxmutda döyüşən “Vaqner” bölmələri sursat çatışmazlığı səbəbindən şəhərdən çıxa bilər.

Bunu “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin deyib.

Onun sözlərinə görə, “Vaqner” komandanlığı Baxmutda hücumun davam etdirilməsinin məqsədəuyğunluğu barədə təcili qərar vermək zərurəti ilə üzləşib.

Priqojin bildirib ki, böyük itkilər səbəbindən vaqnerçilərin şəhərdəki varlığı belə sual altındadır.

O, sursat çatışmazlığı ilə bağlı Rusiya Müdafiə Nazirliyinə çağırış etdiyini də deyib:

“Baxmutda son gülləmizə kimi qalacağıq. Amma bir neçə günlük gülləmiz qalıb. Sursat çatışmazlığı aradan qaldırılmasa, ya şəhərdən çıxacağıq, ya da qalıb öləcəyik. Tezliklə bölmələri bu ərazidən çıxaracağıq”.

Qeyd edək ki, ötən gün Priqojin “Vaqner”in tam məhv olacağı ilə bağlı açıqlama vermişdi. O Rusiya Müdafiə Nazirliyini xalqı aldatmaqda ittiham edərək Ukraynadakı səngərlərdə dəhşət yaşandığını bildirib. O əlavə edib ki. Rusiya Ordusunun hərbçiləri arasında intizamsızlıq baş alıb gedir, hər gün yüzlərlə gənc yaralanır və ya ölür. Priqojin buna görə məsuliyyət daşıyanların bir gün cavab verməli olacaqlarını söyləyib.

Azərbaycan24.com




Ana səhifəyə qayıt        Baxış: 5 650          Tarix: 30-04-2023, 18:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma