Xəbər lenti

Bu gün altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyası keçirilib.

TNS xəbər verir ki, sessiyada Ali Məclisin sabiq sədri Vasif Talıbovun oğlu, 25 saylı Naxçıvan Şəhər Seçki Dairəsindən deputat seçilmiş Seymur Talıbov da iştirak edib.

Atasının muxtar respublikanın rəhbəri olduğu dövrdən fərqli olaraq, bu dəfə Seymur Talıbovu ön sırada deyil, arxada oturdublar. Yəni kiçik Talıbova öz yerini göstəriblər.

Halbuki Vasif Talıbovun Naxçıvana rəhbərliyi dövründə Seymur Talıbov sessiyalarda həmişə ön sırada oturdulur, Ali Məclisdə ona böyük hörmət və ehtiramla yanaşılırdı.


Bu gün Ali Məclisə bahalı avtomobildə gələn, maşından düşərkən yerə-göyə sığmayan kiçik Talıbovun binanın qarşısında dayanan deputatlar heç salamını da almayıblar.

Qedək ki, Vasif Talıbovun istefasından sonra keçirilən sessiyada Seymur Talıbov iştirak etməmişdi. Bu da mediada və sosial şəbəkələrdə ciddi tənqid olunmuşdu. Görünür, Seymur Talıbova başa salıblar ki, ya sessiyalarda iştirak etməli, ya da deputat mandatı ilə vidalaşmalıdır.


Bugünkü sessiyada biznesmen-deputat Vüqar Abbasov da iştirak edib. O da keçən sessiyaya gəlməmişdi.

Ancaq Ali Məclisin deputatı olmasına baxmayaraq, Vasif Talıbov bu sessiyaya da qatılmayıb.




Ana səhifəyə qayıt        Baxış: 10 223          Tarix: 17-05-2023, 09:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma