Xəbər lenti

TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanov qızına möhtəşəm toy keçirib.

Manset.az-ın məlumatına görə, sədrin qızı Aygül Qurbanovanın toy mərasimi Bakıda dəbdəbəli restoranlardan birində baş tutub. Məclisə qonaq qismində nazirlər, deputatlar, komitə sədrləri, bir sıra ictimai-siyasi xadimlər və yüksək vəzifəli şəxslər qatılıblar. Toyda müğənni Zamiq, Xalq artistləri Röya Ayxan, Aygün Kazımova və digər sənətçilər, rəqs qrupları iştirak ediblər.

Qeyd edək ki, toy mərasiminin keçirildiyi restoranda bir nəfər üçün masanın qiyməti minimum 300 manatdan başlayır.





Ana səhifəyə qayıt        Baxış: 5 045          Tarix: 19-06-2023, 13:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma