Xəbər lenti

Bakıda Qoşulmama Hərəkatının (QH) Koordinasiya Şurasının Nazirlər Toplantısında iştirak edəcək nazirlərin qarşılanma mərasimi keçirilir.

“Report”un xəbərinə görə, qonaqları Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qarşılayır.

Qeyd edək ki, bu gün və sabah Bakıda Qoşulmama Hərəkatının Koordinasiya Şurasının Nazirlər Toplantısı keçiriləcək.

Nazirlər Toplantısında Hərəkatın gündəliyi ilə bağlı çoxsaylı əlavə tədbirlərlə yanaşı, Yekun Sənədlərin, o cümlədən, Bakı Bəyannaməsinin qəbulu məsələsinə baxılacaq.




Ana səhifəyə qayıt        Baxış: 3 785          Tarix: 5-07-2023, 09:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma