Xəbər lenti

 

İtaliya alimləri həcmi 50 mikronu (0.05 millimetr) keçməyən bakteriyalarla işləyən mühərrik ixtira ediblər. Olduqca qəribə mühərriki bağırsaq çöpləri işə salır.

Ovqat.com bildirir ki, alimlər bakteriyaların suda üzmək bacarığından istifadə edərək, gen modifikasiyası vasitəsilə onu təkmilləşdiriblər.

Birhüceyrəli orqanizmlər hərəkətdə olarkən asimmetrik formalı dişləri olan çarxı hərəkətə gətirir və dəqiqədə iki dövr edir. Alimlər işığın köməyi ilə bu prosesə nəzarət üsulunu aşkar ediblər və bu, elmdə əsl sıçrayışdır. Mikromühərrik işıq şüalarının təsiri altında fəaliyyətə başlayır və qaranlıqda dayanır.

Həmçinin İtaliya Milli Tədqiqatlar Şurasının Nanotexnologiyalar İnstitutundan məlum olub ki, layihənin rəhbəri, fizik Roberto Di Leonardo bildirib ki, bu, tezliklə "bakterial" mühərrikin işini avtomatlaşdırmağa imkan verəcək və onu kompüterə tabe edəcək. Bu ixtira müxtəlif sahələrin işinə töhfə verə bilər və onun, həmçinin tibb sahəsində geniş tətbiqi gözlənilir. (publika.az)

 




Ana səhifəyə qayıt        Baxış: 1 026          Tarix: 26-07-2017, 23:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma