Xəbər lenti


İşğal dövründə Qarabağda süni yolla yaradılmış “rus icması”nın rəhbəri Aleksandr Bordovla bağlı hər şey qaydasındadır.

Musavat.com bildirir ki, bu barədə erməni mediası xəbər yayıb. Bildirilir ki, o, artıq Ermənistana daxil olub.

Bordovla telefonla şəxsən danışan Rossotrudniçestvo nümayəndəliyinin rəhbəri Vadim Fefilov erməni mətbuatına bu haqda bildirib.

Saxta “icma rəhbəri” ilə rabitə bərpa olunub və Bordov bildirib ki, həqiqətən də Azərbaycan sərhədçiləri onu dindirmək üçün aparıblar, bunu Həkəri körpüsünün keçid məntəqəsindən keçən şəxslər də görüb. Söhbətdən sonra pasportu qaytarılıb və o, yoluna davam edib.

Xəbərdə o da iddia olunur ki, Bodrovun səyi ilə bu günlər ərzində 406 “slavyan ailəsi” Qarabağdan çıxarılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiyanın Qarabağdakı hərbi kontingentinin komandanı onunla görüşərək ikona hədiyyə etmişdi. Bordov Qarabağda katalizator funksiyasını yerinə yetirən şəxslərdən biri idi.

Əsas məsələ budur ki, Qarabağda saxta “rus icması” oyunu da gorbagor oldu.




Ana səhifəyə qayıt        Baxış: 4 139          Tarix: 30-09-2023, 16:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma