Azərbaycan Kubokunun 1/8 final mərhələsində Xankəndi şəhər stadionunda üz-üzə gələcək “Qarabağ” və MOİK komandaları start heyətlərini açıqlayıblar.
Axar.az xəbər verir ki, komandalar aşağıdakı “11-lik”lərlə meydana çıxacaqlar.
“Qarabağ”: Luka Quqeşaşvili, Mateus Silva, Bəhlul Mustafazadə, Rahil Məmmədov, Elvin Cəfərquliyev, Marko Yankoviç, Riçard Almeyda, Nəriman Axundzadə, Redon Cica, Hamidu Keyta, Juninyo.
Ehtiyat oyunçular: Andrey Lunyov, Amin Ramazanov, Bədavi Hüseynov, Marko Veşoviç, Toral Bayramov, Abbas Hüseynov, Julio Romao, Patrik Andrade, Yassin Benzia, Abdullah Zubir, Leandro Andrade, Adama Diakabi.
Baş məşqçi: Qurban Qurbanov.
MOİK: Zeynal Əhmədzadə, Fərid Abbaslı, Nicat Əskərov, Nurlan Bayramov, İsa Zeynallı (k), Ramil Orucov, Xəyal Bədirov, Elvin Vəliyev, Elmir Rəhimzadə, Sabir Allahquliyev, Ülvi İbazadə.
Ehtiyat oyunçular: Ayxan Qocayev, Məhmməd Qurbanov, Nihad Ağayev, Həsrət Mürsəlov, Cavidan Abbaszadə, Samir İbrahimov, Raul Musayev, Murad Musayev, Elşən Veysov, Elçin Bayramov.
Baş məşqçi: Qəzənfər Abbasov.
***
Azərbaycan Kubokunun 1/8 final mərhələsində Xankəndi şəhər stadionunda “Qarabağ”-MOİK oyunu başladı.
***
“Qarabağ”-MOİK matçının 29-cu dəqiqəsində “Köhlən atlar” hesabı açsa da, qol oyundan kənardan vurulduğu üçün qeydə alınmayıb.
***
“Qarabağ”-MOİK matçında ilk hissə başa çatdı. Futbolçular paltardəyişmə otağına yollandılar.
***
“Qarabağ”-MOİK oyununda ikinci hissənin start fiti səsləndi.
***
Xankəndi şəhər stadionundakı qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. 90+3-cü dəqiqədə Nəriman Axundzadə qələbə qoluna imza atıb.
“Köhlən atlar” 1/4 “Sabah”la üz-üzə gələcək.
Paylaş: