Xəbər lenti
Dünən, 19:25

İraqda fəaliyyət göstərən “Kətaib Seyid əş-Şuhəda” silahlı qruplaşması İsrailə və onun müttəfiqlərinə qarşı əməliyyatların ikinci mərhələsinə başladığını elan edib.

Bu barədə qruplaşmanın baş katibi Əbu Ala əl-Vəlai bəyan edib.

O, İsrailin dəniz blokadasına başlayacaqlarını da bildirib.

Yerli mediada “Kətaib Seyid əş-Şuhəda”nın İsrail, ABŞ və Böyük Britaniyaya qarşı fəaliyyətləri gücləndirmək üçün öz müttəfiqlərinə müraciətləri barədə məlumatlar da var.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti silahlı qruplaşmanı və onun lideri Haşim Finyan Rəhim əs-Sərracı beynəlxalq terrorçular elan edib.

oxu.az 




Ana səhifəyə qayıt        Baxış: 4 531          Tarix: 24-01-2024, 11:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma