Xəbər lenti

Son illərdə bir sıra dövlətlər döyüş lazerlərinin hazırlanması və silahlı qüvvələrin arsenalına daxil edilməsilə məşğuldur.

Bu barədə “Caliber” layihəsinin “YouTube” kanalında yayımlanan və “Silahların təkamülü” silsiləsindən olan yeni süjetdə bildirilib.

Qeyd olunub ki, yeni lazer sistemləri müxtəlif məqsədlər üçün istifadə edilə bilər. Onların vasitəsilə yerüstü və hava hədəflərini vurmaq, düşmənin elektron optik aparatlarını aşkarlayaraq məhv etmək mümkündür. Lazer sistemləri hətta hava hücumundan müdafiə sistemlərində də tətbiq oluna bilər.

Süjet müəllifləri vurğulayıblar ki, hazırda döyüş lazerlərinin populyarlığı onların dəqiqliyi və sürətilə bağlıdır.




Ana səhifəyə qayıt        Baxış: 2 836          Tarix: 25-01-2024, 20:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma