Cənubi Koreya noyabr ayında imzalanan 3,2 milyard dollarlıq müqavilə çərçivəsində Səudiyyə Ərəbistanına hava hücumundan müdafiə sistemləri satacaq.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Müdafiə Nazirliyi məlumat yayıb.
İki ölkə arasındakı razılaşmaya əsasən, Cənubi Koreya Səudiyyə Ərəbistanına 10 ədəd "KM-SAM Block II" orta mənzilli "yer-hava" tipli raket kompleksləri satacaq.
Qeyd edək ki, Cənubi Koreya daha əvvəl eyni sistemi Birləşmiş Ərəb Əmirliklərinə satıb.
Məlumata görə, bu silah həm təyyarələri, həm də raketləri vurmaq qabiliyyətinə malikdir.
Səudiyyə Ərəbistanı bu silahı Yəməndə husi üsyançıları tərəfindən atılan ballistik raketlərin qarşısını almaq üçün istifadə etməyi planlaşdırır.
Xatırladaq ki, iki ölkə arasında daha əvvəl də müdafiə sənayesi üçün alışlar olub.
2017-ci ildə Səudiyyə Ərəbistanı Koreya istehsalı olan “Raybolt” portativ tank əleyhinə raketləri alıb. 2022-ci ilin mart ayında isə Koreya istehsalı olan "K239 Chunmoo" reaktiv yaylım atəşi sistemləri Krallığın ordusuna təhvil verilib.
Paylaş: