Xəbər lenti

ABŞ-də federal prokurorlar senator Bob Menendesin vəkillərinin ona qarşı xarici hökumətdən rüşvət almaq ittihamını rədd etmək cəhdinə cavab olaraq, məxfi mənbədən əvvəllər açıqlanmayan qeydlərə istinad edərək məhkəməyə yeni dəlillər təqdim edib. 

Bu barədə Birləşmiş Ştatlar mətbuatı xəbər yayıb.  

196 səhifəlik ittihamnamədə prokurorlar bir məxfi mənbədən olan qeydlərə və məhkəmədə təqdim etməyi planlaşdırdıqları çoxlu sübutlara istinad edirlər.

Prokurorlar bildiriblər ki, səsyazmada rüşvət sxemi müzakirə edilib.

Səsyazma, həmçinin Bob Menendez və həyat yoldaşının nyucersili iş adamı Vael Hana tərəfindən aldadıldığı və onlara çatacaq rüşvətin tam dəyərində verilmədiyi ortaya çıxır.

Bob Menendez Senatın Xarici Əlaqələr Komitəsindəki vəzifəsindən istifadə edərək Vael Hanaya Misir hökuməti ilə halal ət yoxlaması müqaviləsini almağa kömək etməkdə ittiham olunur.

Prokurorlar deyirlər ki, sübutlar Menendezin Hana ilə rüşvət ortağı olduğunu və Misir hökumətinə fayda gətirmək üçün iddia edilən sxemi həyata keçirməkdə iştirak etdiyini göstərir.

Xatırladaq ki, daha əvvəl Bob Menendes Misir və Qətər hökumətlərinin marağına atdığı addımlarla bağlı rüşvət və korrupsiyada, həmçinin Nyu-Cersidən olan bir neçə iş adamına qızıl külçələr, nağd pul, dəbdəbəli avtomobil və “Formula-1” yarışlarına bilet müqabilində kömək etməkdə ittiham olunur.

Mənbə: NBC




Ana səhifəyə qayıt        Baxış: 3 224          Tarix: 8-02-2024, 18:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma