Xəzər dənizində gün ərzində üçüncü dəfə zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Yeraltı təkanlar yerli vaxtla saat 18:49-da qeydə alınıb. Zəlzələ 3,3 maqnitudada olub.
16:57
Xəzər dənizində növbəti zəlzələ qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 16:46-da Xəzər dənizində 3,2 maqnitudalı zəlzələ olub.
13:26
Xəzər dənizində 3,4 maqnitudada zəlzələ qeydə alınıb.
Bu barədə AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Məlumata görə, zəlzələ yerli vaxtla saat 12:30-da baş verib. Zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib.
Paylaş: