Xəbər lenti

ABŞ-nin kəşfiyyat qurumları 2024-cü illə bağlı təhlükənin qiymətləndirilməsi hesabatını açıqlayıb.

Modern.az-ın məlumatına görə, hesabatda Azərbaycanın ötən il həyata keçirdiyi birgünlük antitterror əməliyyatı, Ermənistan və Azərbaycan arasında sülh perspektivləri və toqquşma ehtimalı ilə bağlı ABŞ kəşfiyyatının qiymətləndirmələri də yer alıb.

Hesabatda deyilir ki, Ukraynadakı müharibə Rusiyanın Cənubi Qafqazda regional təhlükəsizlik arbitri rolunu zəiflədib, buna görə Moskva Azərbaycanın Qarabağda keçirdiyi əməliyyatın qarşısını almaq üçün resurs və siyasi kapitalını istifadə etməmək istəməyib.

ABŞ kəşfiyyatı hesab edir ki, Ermənistan və Azərbaycan arasında münasibətlər çox güman ki, gərgin olaraq qalacaq, lakin Azərbaycanın Qarabağı geri alması qeyri-sabitliyi azaldıb və hərbi qarşıdurma çox güman ki, müddəti və intensivliyi ilə məhdudlaşacaq.

"Buna baxmayaraq, sülh müqaviləsinin olmaması, hərbi qüvvələrin bir-birinə yaxınlığı, atəşkəs rejiminə əməl etmə mexanizminin olmaması, Azərbaycanın Ermənistanla danışıqlarda öz məqsədlərinə nail olmaq üçün hərbi təzyiqdən istifadə etməyə hazır olması vəziyyəti davam edəcək", - hesabatda belə deyilir.

Hesabatda qeyd olunur ki, antiterror əməliyyatları nəticəsində Qarabağdakı qondarma qurumun sıradan çıxarılması Bakıya regionun Azərbaycanla inteqrasiyası planlarını irəli sürməyə imkan verib və bu uzun müddətdir davam edən problemi sülh gündəliyindən faktiki olaraq çıxarıb.

Kəşfiyyatın hesabatında o da deyilir ki, ABŞ getdikcə kövrəkləşən dünya nizamı ilə qarşı-qarşıyadır. “İddialı, lakin narahat olan Çin, qarşıdurmada olan Rusiya, İran kimi bəzi regional güclər və daha bacarıqlı qeyri-dövlət aktorları beynəlxalq sistemin uzun müddətdir mövcud olan qaydalarına və ABŞ-ın bu sistemədki üstünlüyünə meydan oxuyur”, - müəlliflər qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 4 216          Tarix: 12-03-2024, 09:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma