Xəbər lenti

Moldovanın separatçı Dnestryanı bölgəsində Mi-8 helikopteri hücuma məruz qalıb.

Modern.az xəbər verir ki, bu barədə teleqram kanallarında görüntülər yayılıb.

Tiraspolda yerləşən helikopterin pilotsuz uçuş aparatı (PUA) ilə vurulduğu bildirilib.

Separatçılar helikopterin vurulduğunu təsdiqləyib. Qondarma qurum helikopterin işlək vəziyyətdə olmadığını açıqlayıb.

Partlayış zamanı xəsarət alan olmayıb.

“İlkin olaraq müəyyən edilib ki, partlayış kamikadze pilotsuz uçan aparatın hücumu nəticəsində baş verib, dronun uçuşu Yonca körpüsü istiqamətində qeydə alınıb”, - açıqlamada deyilir.

Qeyd edək ki, Yonca körpüsü Dnestryanının Ukrayna ilə sərhədi yaxınlığında yerləşir. 




Ana səhifəyə qayıt        Baxış: 3 101          Tarix: 17-03-2024, 21:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma