Xəbər lenti

Söhbət bizə yaxın olan müharibədən gedirsə, mövqeyimiz çox aydındır. Hesab edirik ki, Rusiyanı bu müharibədə məğlub etmək mümkün deyil.

Axar.az xəbər verir ki, bunu Macarıstan xarici işlər naziri Peter Siyarto TASS-a müsahibəsində deyib.

“Ancaq eyni zamanda, Qərbdən silah tədarükü davam etdikcə, Rusiya da böyük uğur qazana bilməz. Bu o deməkdir ki, istənilən halda danışıqlar aparılmalıdır. Əgər danışıqlar aparılmalıdırsa, onda niyə tez aparılmır? Danışıqlar nə qədər tez başlasa, atəşkəs bir o qədər tez bərqərar olar, bir o qədər az insan həlak olar və dağıntılar bir o qədər az olar. İndi hamımız bilirik ki, belə bir kritik vəziyyətdə təkcə hərəkətlər deyil, sözlər də böyük əhəmiyyət kəsb edir. Söhbət NATO-ya üzv olan bəzi ölkələr adından Ukraynaya qoşun yeritmək imkanından gedirsə, bu, həqiqətən də təhlükəlidir, çünki biz təhlükə ilə üzləşmək istəmirik. Üçüncü Dünya müharibəsinin dəhşətli riski yaxınlaşır”, - Siyarto bildirib.




Ana səhifəyə qayıt        Baxış: 3 056          Tarix: 27-03-2024, 12:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma