Xəbər lenti

İsrail prezidenti İsxak Hersoq İranın bazar günü gecə İsrailə hücumunu müharibə elanı adlandırıb.

O, bu barədə Britaniya televiziya kanalına müsahibəsində bildirib.

“Gecə Yaxın Şərqdə dörd istiqamətdən hücuma məruz qaldıq, raketlər, ballistik raketlər, PUA və qanadlı raketlərlə atəşə tutulduq. Bu əsl müharibəyə oxşayır. Mən düşünürəm ki, bu müharibə elanıdır”, - Hersoq bildirib.

Bununla yanaşı, dövlət başçısı İsrailin ərazisinin gecə atəşinə tutulmasına cavabının necə ola biləcəyi sualına cavab verməkdən yayınıb.

“Biz müharibəyə can atmırıq. Düşünürəm ki, bu sözlərlə məhdudlaşdıracağam”, - deyə o cavab verib.

Xatırladaq ki, aprelin 13-ü axşam saatlarında İran İsrailə qarşı pilotsuz təyyarələr və raketlər ataraq bunu İranın Dəməşqdəki səfirliyinin konsulluq bölməsinə İsrailə aid edilən hücuma cavab adlandırıb.

Mənbə: Sky News




Ana səhifəyə qayıt        Baxış: 3 266          Tarix: 14-04-2024, 21:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma