Xəbər lenti

Ermənistanın Azərbaycanın Qazax bölgəsi ilə sərhəddə yerləşən Tavuş vilayətinin Kirant kəndinin icma rəhbəri Ayk Qalumyan sakinlərlə qapalı görüş keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Sadəcə kişilərin iştirak etdiyi və medianın buraxılmadığı görüşdə kənddəki ərazilərdən hansı hissənin Azərbaycana təhvil veriləcəyinin açıqlandığı bildirilir.

Görüşdə iştirak edən kənd sakinlərindən biri müəyyən edilən sərhəd xəttinin etirazlara rəğmən dəyişməyəcəyini deyib:

“Ümumilikdə isə Kirant ərazisindən keçən dövlətlərarası yol, torpaq sahəsi, ötən il 100 milyona tikilən su nasos stansiyası Azərbaycanın nəzarətinə keçəcək. Bizi sakitləşdirməyə çalışırdı ki, sədd çəkiləcək və təhlükəsizlik təmin olunacaq. Əgər kənd camaatı yolu açmasa, o zaman qırmızı beretlilər gələcək və yolu məcburi şəkildə açacaqlar”.

Qeyd edək ki, A.Qalumyanla görüşdən sonra kənd camaatı Kirantdan keçən dövlətlərarası yolu açıb.




Ana səhifəyə qayıt        Baxış: 3 153          Tarix: 17-05-2024, 15:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma