Xəbər lenti

Şimali Koreya iyulun əvvəlində Donbasa mühəndis qoşunları göndərəcək.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) Cənubi Koreyanın “TV Chosun” telekanalına istinadən məlumat yayıb.

Bildirilib ki, koreyalılar Donetskdə infrastrukturun bərpasına kömək edəcəklər.

Telekanal qeyd edir ki, Şimali Koreya ordusunda 10 mühəndis briqadası var. KXDR bölgəyə üç və ya dörd mühəndis briqadası göndərsə, Rusiyadan hər il 115 milyon dollara qədər pul ala bilər.

Xatırladaq ki, iyunun 19-da Rusiya prezidenti Vladimir Putin Şimali Koreyaya səfər edib. İki ölkə arasında tərəfdaşlıq sazişi imzalanıb.




Ana səhifəyə qayıt        Baxış: 3 457          Tarix: 27-06-2024, 09:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma