Bağdad Suriya və Türkiyə arasında ikitərəfli münasibətlərin normallaşdırılması məqsədilə danışıqların keçiriləcəyi məkana çevriləcək.
"Report"un "Al Watan" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Dəməşqdəki hökumət mənbəsi bildirib.
Onun sözlərinə görə, qarşıdakı Suriya-Türkiyə görüşü “uzun danışıqlar prosesinin başlanğıcı olacaq və bu, siyasi anlaşmaya və sərhədyanı ərazilərdə vəziyyətlə bağlı razılaşmalara gətirib çıxaracağı gözlənilir”.
Nəşrə görə, Türkiyə tərəfi Moskva və Bağdaddan “ikitərəfli dialoqun aparılacağı masada mediadan uzaqda iştirak etməyi” xahiş edib. Tərəflər “iki qonşu arasında münasibətləri normal vəziyyətə gətirmək” üçün təfərrüatları müzakirə etməli olacaqlar.
Qəzet iddia edir ki, Ankara ilə Dəməşq yaxınlaşması ərəb ölkələri, xüsusilə də BƏƏ və Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənir.
Paylaş: