ABŞ prezidentliyinə namizədliyini irəli sürən respublikaçı Donald Tramp seçkidə qalib gələcəyi təqdirdə NATO-nu şərqə doğru genişləndirməkdən imtina edə bilər.
Bu barədə ABŞ-nin "Politico" qəzetinin məqaləsində qeyd olunub.
Həmçinin, siyasətçi Şimali Atlantika Alyansının bəzi ölkələrini Vaşinqtonun təhlükəsizlik zəmanətlərindən məhrum etmək imkanını nəzərdən keçirir.
Bildirilib ki, Tramp Rusiya Prezidenti Vladimir Putinlə hansı ölkələrin, xüsusən də Ukrayna və Gürcüstanın NATO-ya üzv olmayacağı ilə bağlı razılıq əldə etmək imkanını nəzərdən keçirir.
Ekspertlərin fikrincə, Tramp seçkidə qalib gələrsə, Avropa ölkələrindən NATO-ya xərclərin əhəmiyyətli dərəcədə artırılmasını istəyəcək. Nəzərdən keçirilən plana görə, ÜDM-in 2%-dən azını müdafiəyə xərcləyəcək alyans dövlətləri ABŞ-dən müdafiə, yardım və ya təhlükəsizlik zəmanəti almayacaq.
Paylaş: