Xəbər lenti

"HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın öldürülməsindən sonra Fələstinin İsrail işğalına qarşı mübarizəsi "hər zamankından daha canlıdır".

Oxu.Az-ın TASS-a istinadən məlumatına görə, bu barədə İran Xarici işlər naziri Abbas Əraqçı bildirib.

"Yəhya Sinvar ölümdən qorxmurdu və Qəzzada şəhid oldu. O, döyüş meydanında sona qədər cəsarətlə vuruşdu. Biz və dünyanın hər yerində saysız-hesabsız başqa insanlar onun Fələstin xalqının azadlığı uğrunda fədakar mübarizəsini yüksək qiymətləndiririk. Şəhidlər əbədi yaşayır, Fələstinin işğaldan azad edilməsi işi isə hər zamankından daha canlıdır", - deyə nazir "X"də yazıb.




Ana səhifəyə qayıt        Baxış: 3 009          Tarix: 18-10-2024, 21:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma