Xəbər lenti

"İspaniyanın Valensiya şəhərində baş verən daşqınlarda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur".

Bu barədə "Trend"in sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

O, həmçinin qeyd edib ki, Azərbaycanın İspaniyadakı səfirliyinə təxliyə ilə bağlı ölkəmizin vətəndaşlarından müraciət daxil olmayıb.

Qeyd edək ki, İspaniyanın Valensiya şəhərində baş verən daşqınlar nəticəsində azı 70 nəfər həyatını itirib.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi İspaniya tərəfinə bu ölkədə baş verən daşqınlarda insanların həlak olması ilə bağlı başsağlığı verib.




Ana səhifəyə qayıt        Baxış: 2 876          Tarix: 30-10-2024, 23:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma