Xəbər lenti

Qafana səfər edən iranlı mütəxəssislər Zəngəzur mis-molibden zavodunda və Şimal-Cənub magistralının tikinti sahələrində olublar.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Aparatı mətbuat xidməti məlumat yayıb.

İranlı ekspertlər və media nümayəndələri Zəngəzur mis-molibden zavodunun tam sənaye dövrü ilə tanış olub, şirkətin istehsalat sahələrinə, açıq mədəninə ekskursiya keçirib.

Daha sonra Şimal-Cənub magistral yolunun Aqarək-Kacaran hissəsində iranlı podratçı tərəfindən tikilən yolun bir hissəsinə baş çəkiblər. Qonaqlar iranlı inşaatçılarla görüşüb söhbət edib, dövlətlərarası yolun tikintisi ilə bağlı aparılan genişmiqyaslı işlərin şahidi olublar. Sabah erməni ekspertlərin iştirakı ilə yekun panel müzakirələri keçiriləcək”, - məlumatda qeyd olunur.




Ana səhifəyə qayıt        Baxış: 3 678          Tarix: 7-11-2024, 10:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma