Xəbər lenti

The Economist jurnalında yayımlanan məqalədə NATO-nun Ukraynaya Rusiyaya qarşı uzaqmənzilli raketlərdən istifadə etməyə icazə verdiyi barədə iddialar irəli sürülüb. Jurnal, bunun gələcəkdə hansı nəticələrə səbəb ola biləcəyi ilə bağlı ciddi suallar doğurduğunu qeyd edir.

Moskva vurulacaqmı?

Məqalədə vurğulanır ki, Ukraynanın uzaqmənzilli raketlər vasitəsilə Rusiya paytaxtı Moskvanı hədəf alması ehtimalı beynəlxalq münaqişəni daha da dərinləşdirə bilər. NATO-nun belə bir qərar qəbul etməsi, Rusiya ilə Qərb arasında artıq mövcud olan gərginliyi yeni səviyyəyə qaldıra bilər.

Birbaşa toqquşma risk

Əsas suallardan biri NATO qoşunlarının birbaşa Rusiya ilə toqquşma ehtimalıdır. Jurnal qeyd edir ki, belə bir ssenari baş verərsə, bu, Üçüncü Dünya Müharibəsinin başlanğıcı ola bilər. NATO-nun bu cür strateji qərarları hər iki tərəfdə güclü reaksiya ilə qarşılanır.

Nüvə zərbəsi təhlükəsi

Məqalədə həmçinin Rusiyanın belə bir ssenaridə cavab olaraq nüvə zərbəsi endirmə ehtimalı nəzərdən keçirilir. Bu ehtimalın reallaşması, qlobal səviyyədə böyük fəlakətlərə səbəb ola bilər. Rusiya dəfələrlə bəyan edib ki, ərazi bütövlüyünə və suverenliyinə qarşı hər hansı bir ciddi hücum ciddi cavabla qarşılanacaq.

The Economist-in məqaləsi hazırkı beynəlxalq münasibətlərin nə qədər gərgin olduğunu və NATO-nun Ukrayna siyasətinin dünya üçün potensial təhlükələr daşıdığını bir daha xatırladır. Münaqişənin daha da genişlənməsi bütün dünya üçün dağıdıcı nəticələr doğura bilər.

Nəzərə alsaq ki, artıq ABŞ, Böyük Britaniya və Fransa da Ukraynaya verdikləri ballastik raketləri vasitəsi ilə Rusiyanın dərinliklərini vurmaq icazəsi veriblər.

Musavat.com olaraq, bu gərginliklə bağlı yenilikləri izləməyə davam edəcəyik




Ana səhifəyə qayıt        Baxış: 5 553          Tarix: 18-11-2024, 09:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma