Xəbər lenti

Aktauda baş vermiş təyyarə qəzası ilə bağlı cinayət işi Rusiya İstintaq Komitəsinin mərkəzi aparatına verilib.

Oxu.Az xəbər verir ki, bu barədə TASS-a idarədən məlumat verilib.

"Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü (hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarını pozma) maddəsi ilə Qərb Regionlararası Nəqliyyat İstintaq İdarəsi tərəfindən başlanmış cinayət işi hərtərəfli araşdırılması üçün Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsinə verilib", - qurumdan bildirilib.

Komitə təhqiqatçıların, kriminoloqların və təyyarə qəzalarının araşdırılmasında təcrübəsi olan ekspertlərin daxil olduğu istintaq-əməliyyat qrupu yaradıldığını bildirib.

"Cinayət işi çərçivəsində hadisənin baş vermə şəraiti və təyyarənin qəzaya uğrama səbəblərini müəyyən etmək üçün bütün zəruri tədbirlər görülür", - idarədən bildirilib.

Qeyd olunur ki, Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Qroznıda əməliyyat müşavirəsi keçirib, ona Aktauda qəzaya uğrayan təyyarənin vəziyyətinin araşdırılması barədə məlumat verilib.




Ana səhifəyə qayıt        Baxış: 2 829          Tarix: 29-12-2024, 09:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma