Ukrayna mətbuatı Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsinə geniş yer ayırıb.
AZƏRTAC xəbər verir ki, "Ukrinform", "RBK-Ukrayna", "UNİAN", "İnterfaks-Ukrayna", "Gordon", "Korrespondent" və digər onlarla informasiya agentliyi və xəbər portallarında dərc olunan məqalələrdə Prezident İlham Əliyevin Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yollarına" (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə bağlı rəsmi Bakının mövqeyinə dair fikirləri işıqlandırılıb.
Xəbərlərdə Azərbaycan Prezidentinin 38 nəfərin həyatını itirdiyi faciə ilə bağlı Rusiya tərəfinə ünvanladığı tələblər qeyd olunub. Yazılarda dövlət başçımızın mülki təyyarənin atəşə tutulması ilə bilavasitə əlaqəsi olanların hamısının cinayət məsuliyyətinə cəlb edilməsi, eləcə də xəsarət alan sərnişinlərə və ekipaj üzvlərinə təzminat ödənilməsi barədə tələbləri vurğulanıb.
AZAL-a məxsus təyyarənin qəzaya uğramasına səbəb kimi Rusiya ərazisində xaricdən zədə aldığı qeyd edilib. Həmçinin, Prezident İlham Əliyevin Rusiya tərəfinin "məsələni ört-basdır etməyə" çalışdığı ilə bağlı sözlərindən də sitat gətirilib.
Paylaş: