Xəbər lenti

Suriyanın devrilmiş prezidenti Bəşər Əsəd Moskvadan İrana uçmaq istəyib.

Axar.az xəbər verir ki, bu barədə “Kremlevskaya tabakerka” Teleqram kanalı mənbələrinə istinadla məlumat yayıb.

“Lakin çox ciddi adamlar Vladimir Putinin tapşırığı ilə ona açıq şəkildə izah etdilər ki, bunu etməyə dəyməz. Elə bundan sonra Putin Əsədlə görüşməyib və 3 dəfə də onunla telefonla danışmaqdan imtina edib”, - kanal bildirib.

Kanalın məlumatına görə, hazırda Əsədin harada olması bəlli deyil.

Qeyd edək ki, bir müddət öncə Moskvada Bəşər Əsədə qarşı sui-qəsd cəhdi edildiyi barədə məlumatlar yayılmışdı.




Ana səhifəyə qayıt        Baxış: 2 893          Tarix: 3-01-2025, 19:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma