Xəbər lenti
7-12-2025, 22:00

Prezident İlham Əliyevin sərəncamları ilə uzun illər maliyyə naziri vəzifəsində çalışmış Samir Şərifov vəzifəsindən azad edilərək baş nazirin müavini təyin edilib.

Oxu.Az xəbər verir ki, yeni təyinatı ilə bağlı Manset.az-a açıqlama verən Samir Şərifov Prezident İlham Əliyevə minnətdarlığını bildirib:

"Prezident mənə böyük etimad göstərib. Çalışacağam ki, bu etimadı doğruldum. Hələlik müavin olaraq hansı sahəyə rəhbərlik edəcəyimi deyə bilmərəm. O məsələlərə baş nazir baxacaq, Prezidentlə razılaşdırılacaq. İnşallah, növbəti həftə bəlli olacaq".

Qeyd edək ki, Samir Şərifov 19 il maliyyə naziri vəzifəsində çalışıb. O, nazir postuna 2006-cı ildə təyin edilmişdi.




Ana səhifəyə qayıt        Baxış: 2 932          Tarix: 10-01-2025, 16:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma