
Ukraynanı yenidən silahlandırmaq və Rusiyaya təzyiq göstərmək üçün ilkin danışıqlara ehtiyac var.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb Münxen Təhlükəsizlik Konfransında deyib.
Stubb Ukraynada sülh prosesinin necə inkişaf edəcəyi ilə bağlı fikirlərini bölüşüb: "Birinci mərhələ ilkin danışıqlardır. Ukraynanı yenidən silahlandırmalı və Rusiyaya maksimum təzyiq göstərməli olduğumuz mərhələ o deməkdir ki, Kiyev bu danışıqlara güclü mövqedən başlasın. Biz bunun nə qədər vaxt aparacağını bilmirik. Atəşkəs çox vaxt sülh prosesi ilə qarışdırılır”, - Stubb bildirib.
Onun sözlərinə görə, atəşkəs sərhədlərin demarkasiyası və beynəlxalq monitorinqi əhatə etməlidir: “Bu müddət ərzində əsirlərin mübadiləsi və mümkün sanksiyalar kimi digər tədbirlər də müzakirə olunur”.
Finlandiya dövlətinin başçısı həmçinin bəyan edib ki, Rusiya yenidən hücum edərsə, Ukrayna avtomatik olaraq NATO-ya qəbul olunacaq.
Paylaş: