Xəbər lenti

Pakistan 450 kilometr mənzilli "Abdali" yer-yer sinifli raketini uğurla sınaqdan keçirib.

Bu barədə Oxu.Az ndtv.com-a istinadən xəbər verir.

Raket müasir tuşlama sistemləri ilə təchiz edilib, bu da ona uzaq məsafələrdəki hədəfləri dəqiq vurmağa imkan verir.

Pakistan hökumətindən bildiriblər ki, raketin buraxılışı qoşunların döyüş hazırlığını təmin etməyə və əsas texniki parametrləri, o cümlədən raketin təkmilləşdirilmiş naviqasiya sistemini və yaxşılaşdırılmış manevr xüsusiyyətlərini yoxlamağa yönəlib.




Ana səhifəyə qayıt        Baxış: 2 877          Tarix: 3-05-2025, 15:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma