Xəbər lenti

Ankarada Türkiyə Böyük Millət Məclisinin qarşısında atəş səsləri eşidilib.

Oxu.Az "Haber Global" telekanalına istinadla xəbər verir, ailədaxili problemlər yaşayan bir kişi parlamentdə səlahiyyətli şəxslərlə görüşmək istəyi qəbul edilməyəndən sonra üzərində daşıdığı tapança ilə üç dəfə havaya atəş açıb.

O, polis əməkdaşlarını gördükdən sonra silahı yerə ataraq, qaçmağa çalışıb. Lakin çox keçmədən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 2 888          Tarix: 22-05-2025, 22:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma