Xəbər lenti

"ABŞ Prezidenti Donald Tramp İrana zərbə endirmək qərarına gələrsə, ABŞ qaçılmaz olaraq Yaxın Şərqdə müharibəyə cəlb olunacaq".

Oxu.Az-ın xəbərinə görə, Pentaqonun və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Leon Panetta belə bir fikir irəli sürüb.

"Əgər o, İrana hücum edərsə, heç bir şübhə yoxdur ki, ABŞ regional müharibəyə sürüklənəcək", - deyə o bildirib.

Leon Panetta əmindir ki, ABŞ 2003-cü ildə İraqa girərkən "dəhşətli səhvə" yol verib. Panetta hesab edir ki, bu, Trampa dərs olmalıdır.

Trampın daha əvvəl bildirdiyinə görə, Vaşinqton İrana maksimum iki həftə vaxt verməyə hazırdır ki, Tehranın nüvə işləri ətrafında yaranmış böhranı diplomatik yollarla nizamlamağa cəhd etsin və bununla da ABŞ-nin İslam Respublikasına zərbə endirməsinin qarşısını alsın.




Ana səhifəyə qayıt        Baxış: 3 088          Tarix: 21-06-2025, 11:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma